Sankt Peterburq yaxınlığında baş vermiş ağır qəzada Türkiyə konsulluğunun 2 əməkdaşı ölüb

Sankt Peterburq yaxınlığında dairəvi yolda baş vermiş ağır qəzada Türkiyə konsulluğunun 2 əməkdaşı ölüb.
 
Maide.az xəbər verir ki, apa-nın  məlumatına  görə, diplomatik missiyaya məxsus qeydiyyat nömrə nişanları olan “Hyundai Sonata” markalı avtomobil qarşıdan gələn yük maşını ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində hadisə yerində ölən iki şəxsin Türkiyə konsulluğunun əməkdaşları olduğu bildirilir.
 
Hadisə şahidləri avtomobilin konsulluğun texniki xidmətinə məxsus olduğunu bildiriblər.  /

Google+ WhatsApp ok.ru