Dövlət ittihamçısı vaxt istədi - Şeyx Sərdarın məhkəməsi iyul ayının 3-nə qaldı - VƏKİLİN açıqlaması

Dövlət ittihamçısı vaxt istədi - Şeyx Sərdarın məhkəməsi iyul ayının 3-nə qaldı - VƏKİLİN açıqlaması

Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. 
 
Maide.Az xəbər verir ki, saat 10-da başlamalı olan proses 1 saatdan çox yubanıb. Səbəb isə hakimin gecikməsi olub. 
 
Məhkəmə açıq olsa da prosesə yalnız vəkillər və bir neçə nəfər buraxılıb. 
 
Prosesdə sonuncu şahid dindirilib. Daha sonra dövlət ittihamçısı məhkəmədə çıxış etmək üçün iyul ayının 3-nə qədər hazırlıq vaxtı istəyib. Məhkəmə növbəti prosesin vaxtını iyulun 3-ü saat 10:00-a təyin edib. 
 
Qeyd edək ki, ölkənin tanınmış ictimai-siyasi xadimləri, ruhanilər, müxtəlif bölgələrindən gələn sadə vətəndaşlar bu dəfə də Şeyx Sərdara dəstək məqsədilə məhkəməyə gəliblər. 
 
Xatırladaq ki, tanınmış ruhani Şeyx Sərdar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham edilir.

Google+ WhatsApp ok.ru