İŞİD özlərini də güllələməyə başlayıb

Son zamanlar Suriya və İraqda İŞİD terrorçularının kütləvi şəkildə öldürülməsi və sıxışdırılmasının şahidi oluruq. Sözsüz ki, bu cür addımlar gərginlik yaradır və onsuz da qorxaq olan vəhhabi terrorçularının qaçmasına gətirib çıxarır.
 
Maide.az xəbər verir ki, belə bir qaçış terrçular arasında silahlı qarşıdurma ilə nəticələnib və azı 9 nəfərin öldüyü bildirilir. Suriyanın Əl-Bab şəhərində terrorçular öz silahdaşlarını geri - ölkələrinə qayıtmaq istəyərkən güllələyib. Öldürülənlərdən biri Tunis, digəriləri isə Avropa ölkələrinin vətəndaşları imiş. Öldürülənlərlə atışmada isə qarşı tərəfdən də 4 nəfər terrorçu ölüb.
 
Sağ qalan əcnəbilər İŞİD-in nəzarətində olan həbsxanalara aparılıb. Ehtimal olunur ki, onlar yaxın günlərdə  edam ediləcək.

Google+ WhatsApp ok.ru