Nemtsovla bağlı yeni - FOTO + VİDEO

Rusiya müxalifət lideri Boris Nemtsovun öldürməkdə ittiham edilən Zaur Dadaev və Anzor Qubaşevin cinayəti törətdikdən sonra qaçarkən yeni görüntüləri yayılıb.
 
Maide.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, şübhəlilər hadisə zamanı istifadə etdiyi “AZAZ-Chance” avtomobilində görüntülənib.
 
“AZAZ-Chance” avtomobili cinayətdən qısa müddət əvvəl müşahidə kameralarına düşüb.
 
Avtomobil 2014-ci il sentyabr ayında alındığı bildirilir. Avtomobilin 12 min rubl məbləğində cəriməsi olub.
Zaur Dadaev və Anzor Qubaşevin həbs olunması haqda xəbər martın 7-də yayılıb.
 
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.
 

Google+ WhatsApp ok.ru