Dünya əhalisinin yarısı susuzluq riski ilə üzləşəcək

Dünya əhalisinin yarısı susuzluq riski ilə üzləşəcək

-- 844 milyon insan təmiz su əldə edə bilmir

İqlim dəyişikliyi və sürətli əhali artımının yaratdığı problemlər səbəbilə təmiz su ehtiyatlarının sürətlə azalması nəticəsində, 2050-ci ildə dünya əhalisinin təxminən yarısının susuzluq riski ilə üzləşəcəyi bildirilib.
 
Maide.Az “Dünya Bülteni”-nə istinadən xəbər verir ki, Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) araşdırmasına görə, dünyanın 70 faizinin su ilə əhatə olunmasına baxmayaraq, içməli suyun səviyyəsi olduqca aşağıdır.
 
Tədqiqatçılara görə, Yer üzündəki suyun 97%-dən çoxu insanların istifadəsinə uyğun olmayan duzlu sulardan ibarətdir. Şirin suların da sadəcə 1/3-ni istifadə etmək olur. İçməli şirin suların böyük bir hissəsi qütblərdə yerləşir.
 
Dolayısı ilə insanın istifadə edə biləcəyi suyun miqdarı dünyadakı ümumi suyun miqdarının 1%-indən azdır. Bu göstəricilər, içməli su mənbələrinin nə qədər məhdud olduğunu göstərir.
 
844 milyon insan təmiz su əldə edə bilmir.
 
Bütün bu səbəblərdən təmiz su probleminin baş verdiyi dünyada hazırda 844 milyon insan təmiz su əldə edə bilmir. Bunun qarşıdakı illərdə daha da pis vəziyyətə düşəcəyi bildirilir.
 
Araşdırmalara görə, 2000 və 2050 illəri arasında dünya əhalisinin 3 milyard artması ilə əlaqədar olaraq təmiz suya olan tələbatın da 55% artması gözlənilir.
 
BMT-nin hesabatında da son əsrdə təmiz suya olan ehtiyacın 6 dəfə yüksəldiyi, hər il təmiz su ehtiyacının 1% nisbətində artdığı, 2050-ci ildə 5 milyard insanın təmiz su problemi ilə üzləşəcəyi bildirilir.
 
Hesabatda, həmçinin heç bir tədbir görülməyəcəyi təqdirdə 2030-cu ildə dünyadakı mövcud təmiz su bəşəriyyətin tələbatının sadəcə 60%-ni təmin edə biləcəyi qeyd olunub.
 

Google+ WhatsApp ok.ru