Dünyada yardıma ehtiyacı olan ən az 130 milyon insan yaşayır

Dünyada yardıma ehtiyacı olan ən az 130 milyon insan yaşayır

19 avqust - Dünya Humanitar Yardım Günüdür

Dünya tarixində humanitar böhranlar baxımından ən pis dövrlərdən birinin yaşandığı son illərdə ən az 130 milyon insan müxtəlif səbəblərdən yardıma ehtiyacı var. 
 
Maide.Az “AA”-a istinadən bildirir ki, 25 milyon insan isə həyatda qalmaq üçün çox təcili humanitar yardıma möhtacdır.
 
19 Avqust "Dünya Humanitar Yardım Günü"ndə qıtlıq, quraqlıq, qarşıdurmalar və təbii fəlakətlər kimi səbəblərdən köməyə möhtac insanların vəziyyəti haqqında statistika açıqlanıb. 
 
Xüsusilə Orta şərq və Afrika ölkələrində qarşıdurmalar, təbii fəlakətlər, qıtlıq və quraqlıq kimi səbəblərdən 65,6 milyon insan evlərindən didərgin düşüb. Dünya üzrə 22,5 milyon qaçqın var və bunların demək olar yarısı 18 yaşın aşağı gənclərdir. 
 
 
Hər gün 28 min adam evlərini tərk edir
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığının yayımladığı hesabata görə, evlərindən didərgin düşmüş şəxsləri 30 faizi  Afrika, 26 faizi Qərbi Asiya (Yaxın Şərq) və Şimali Afrika, 17 faizi Avropa, 16 faizi Amerika və 11 faizi isə Asiya-Sakit okean ölkələrində yaşayır. 
 
Dünyadakı qaçqınların az qala yarısı 3 ölkədəndir. Suriya 5,5 milyon qaçqın, Əfqanıstan 2,5 milyon qaçqın və Cənubi Sudan 1,4 milyon qaçqın. 
 
Dünya üzrə hər gün 28 min 300 adam qarşıdurmalardan qaçmaq məcburiyyətində qalır. Yəni hər bir dəqiqədə 20 nəfər evini tərk edir. 
 
BMT-nin açıqlamasına görə Nigeriya, Somali, Cənubi Sudan və Yəmən də aralarında 1,4 milyon uşağın olduğu 20 milyon adam aclıqla mübarizə aparır. 
 
 
Yardım işçilərinə hücumlar
Dünyanın bir çox yerində yardım işləri davam edir ancaq möhtac kəslərə kömək etməyə gedən vəzifəlilər də bəzi yerlərdə hücuma məruz qalır. 
Son 20 ildə 4 min 132 humanitar sahədə çalışan işçi hücuma məruz qalıb. 2016-cı ildə 91 yardım işçisi öldürülüb, 88-i yaralanıb, 73 nəfəri isə qaçırılıb. Bu hücumların çoxu Cənubi Sudan, Əfqanıstan, Suriya, Konqo Demokratik Respublikası və Somalidə meydana gəlib.
 
Qeyd edək ki, Dünya Humanitar Yardım Günü 2003-cü il avqustun 19-da İraqda BMT qərargahının bombalanması nəticəsində yardım işçilərinin həlak olması ilə bağlı təsis edilmişdir. Əsas məqsəd insan həyatını xilas etmək üçün çalışanları xatırlamaq və bu nəcib məqsəd uğrunda canlarından keçən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir.

Google+ WhatsApp ok.ru