Egey dənizində yenə faciə: Biri üç aylıq körpə, beş ölü

Egey dənizinin şimalında qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan əcnəbiləri daşıyan qayığın batması nəticəsində biri 3 aylıq qız körpə olmaqla 5 nəfər ölüb.
Maide.az-ın məlumatına görə, Çanaqqalanın Ayvacık rayonundan dənizə çıxan içində Əfqanıstan və İran əsilli şəxslərin olduğu kater, sahildən 500 metr məsafədə hələ müəyyən olunmayan səbəbdən batıb.
Hadisə yerinə gedən Sahil Təhlükəsizlik Komandanlığına aid qruplar dənizdən biri 3 aylıq qız uşağı olmaqla 5 nəfərin cəsədini çıxarıb, 9 nəfər isə sağ xilas edilib. 
Xilas edilənlər 2 nəfərin də itkin düşdüyünü bildirib. 

Google+ WhatsApp ok.ru