Ayətullah Etimadi vəfat edib

Qum dini elmi hövziyyəsinin ustadrlarından ayətullah Mustafa Etimadi vəfat edib. 
Maide.az xəbər verir ki, Ayətullah  Etimadi 1925-ci ildə Təbrizin yaxınlığında yerləşən Xacə kəndində anadan olmuş, ilk  dini  təhsilini atası hacı Mirza Əli Xaceinin yanında alıb, daha sonra 1946-cı ildə müqəddəs Qum şəhərinə hicrət edir. Qum şəhərində Ayətullah Nəcəfi Mərəşi və Ayətullah Burucerdinin məhzərində dərs alıb. 
Şərhe Məalimul Usul, Şərhe Rəsail, Şərhe Məkasib , Şərhe Kifayə və bir sıra digər kitabların müəllifidir./
 
 

Google+ WhatsApp ok.ru