Egey dənizində bir-birinin ardınca 9 zəlzələ baş verib

Egey dənizində bir-birinin ardınca 9 zəlzələ baş verib

Egey dənizində bir-birinin ardınca 9 zəlzələ olub.
 
"Milliyet"-ə istinadən verilən xəbərə görə, yerli vaxtla 21:20-də baş verən ilk zəlzələnin maqnitudası 3.8 bal təşkil edib. Bundan sonra bir saat ərzində 2,5 – 3,6 maqnitudalı daha səkkiz yeraltı təkan qeydə alınıb.
 
Zəlzələ Türkiyənin Bodrum vilayəti və Yunanıstanın Kos adasında hiss olunub. Yeraltı təkanlar nəticəsində dağıntı və zərərçəkən olmayıb. (apa) /

Google+ WhatsApp ok.ru