Elmar Məmmədyarov: Azərbaycanda hamı sizin probleminizi başa düşür

Elmar Məmmədyarov: Azərbaycanda hamı sizin probleminizi başa düşür

Azərbaycan Fələstinə, o cümlədən Yaxın Şərq münaqişəsinin həllində tam dəstək göstərir

Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransında deyib.
 
Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir. İşğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Bizim məsələmizdə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını açıq şəkildə ifadə edən 4 qətnamə qəbul olunub. Onlardan birincisi 1993-cü ildə qəbul edilib, lakin indiyə qədər tətbiq olunmayıb və münaqişə həll olunmamış qalır. Odur ki, Azərbaycanda hamı sizin probleminizi başa düşür.
 
O həmçinin qeyd edib ki, Azərbaycan Fələstinə, o cümlədən Yaxın Şərq münaqişəsinin həllində tam dəstək göstərir. Fələstinin BMT-nin tamhüquqlu üzvü olacağına əminik. Bu, artıq baş verir. Ümid edirəm ki, bir gün bu, mütləq baş verəcək. Mənim üçün bu aydın məsələdir. /faktxeber/
 

Google+ WhatsApp ok.ru