İsrail rejimi 200 növ məhsulun Qəzzaya buraxılmasını qadağan edib

İsrail rejimi 200 növ məhsulun Qəzzaya buraxılmasını qadağan edib

Qəzza rəsmisi: İsrail 200 növ məhsulun Qəzzaya buraxılmasını qadağan edib

İşğalçı İsrail rejimi 200 növdə müxtəlif sənaye və kommersiya məhsullarının Qəzza sektoruna buraxılmasına qadağa qoyub.
 
Maide.Az "felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Blokadaya qarşı ictimai komitənin sədri, deputat Camal əl-Xudari məlumat verib.
 
Onun sözlərinə görə, siyahıda qeyd olunan 200 məhsula qarşı sanksiya və məhdudiyyətin ləğvi Qəzza əhalisinin əsas tələblərindən biridir. Çünki bu məhsullarla 12 ildir blokadadan əziyyət çəkən Qəzzanın iqtisadi inkişafını sürətlə dirçəltmək olar.
 
Xudari qeyd edib ki, siyahıda əsas yeri sənaye xammalları tutur. Xammal çatışmazlığı ucbatından sənayə istehsalının kəskin dərəcədə azalması bölgədə iqtisadi çöküşün başlıca səbəblərdəndir.
 
O, həmçinin qeyd edib ki, Qəzzada zavod və fabriklərin 85 faizi bağlanıb, yaxud fəaliyyəti məhdudlaşıb. Bu səbəbdən Qəzzanın sənaye və kommersiya sektoru 50 milyon dollar ziyana məruz qalıb.
 
C.Xudari vurğulayıb ki, Qəzza iqtisadiyyatını xilas etmək və kütləvi işsizlik problemini aradan qaldırmaq üçün Qəzzaya aparan bütün sərhəd keçid məntəqələri açılmalı, İsrailin maneçiliyi olmadan bütün məhsulların idxalı və ixracına şərait yaradılmalıdır.
 
Onun sözlərinə görə, hazırda Qəzza iqtisadiyyatına ilkin yardım qismində aylıq 25 milyon dollar vəsait lazımdır ki, 250 min işsiz vətəndaşın işlə təmin olunmasına start verilməsi və ilk mərhələdə 50 nəfərin işlə təmin olunması mümkün olsun.
 
Qeyd edək ki, 2007-ci ildən sionist rejim Qəzzanı mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrum edilib.
 
Dünya Bankının (DB) sentyabrın 27-də açıqladığı məlumatda deyilir ki, Qəzza zolağında iqtisadiyyat ciddi şəkildə çökmək üzrədir.
 
Qurumun hesabatında bölgədə yaşanmaqda olan ağır iqtisadi tənəzzülün əsas səbəbi kimi İsrail rejiminin 12 ildir tətbiq etdiyi blokada göstərilib.
 
 
 

Google+ WhatsApp ok.ru