Erməni maqnat həbs edildi

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada erməni diasporunun ən zəngin nümayəndələrindən biri Levon Ayrapetyanı saxlayıb.

Onun saxlanmasına səbəb Rusiya Federasiyasının İstintaq komitəsinin "Kinqisepski" cinayətkar qruplaşmasının fəaliyyətinin araşdırılması ilə əlaqədardır.

Levon Ayrapetyan dünən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən "Domodedovo" aeroportunda saxlanılıb. Ayrapetyan Monakodan gəlirmiş. Əks-kəşfiyyatçılar gücləndirilmiş mühafizə altında biznesmeni Rusiya Federasiyasının İstintaq komitəsinə dindirməyə aparıblar. Orada rəsmən ona tutulmasını elan ediblər, yaxın günlərdə müstəntiqlər Moskvanın Basman məhkəməsinə Ayrapetyanın həbsi haqqında xahişi vermək niyyətindədir.

Oliqarx barəsində tədbirlər "avtoritet" Sergey Finaqinin rəhbərlik etdiyi "Kinqisepski" fəaliyyəti haqqında ümumi araşdırma çərçivəsində keçir. Ayrapetyanın qruplaşmanın fəaliyyətində iştirakı haqqında məlumatı hazırda ömürlük həbsdə olan keçmiş senator İqor İzmestev müstəntiqlərə bildirib.

Levon Ayrapetyan dünyada (10-cu yeri tutur) erməni diasporunun ən zəngin nümayəndələri sırasına daxildir. Ayrapetyanın "erməni soyqırımı"nın dünyada tanınmasında böyük "rolu" olub.

Google+ WhatsApp ok.ru