İsrail təyyarələri Qədr gecəsində də Qəzzanı bombaladı: 223 şəhid

 AzadXeber.net-in verdiyi məlumata görə, İsrail rejiminə məxsus hərbi təyyarələr müsəlmanların müqəddəs Qədr gecəsində də Qəzzaya avia zərbələr endirib. Sionist rejimin döyüş təyyarələrinin raket zərbəsi nəticəsində həyatını itirənlərin sayı 223 nəfər çatıb.
 
Qəzzadakı Fələstin hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra verdiyi məlumata görə, əməliyyatlar başlanandan bu yana 670-ə çatıb.
 
Qeyd edək ki, son avia hücum zamanı İsrail təyyarələrinin hədəfində yaşlı insanların reabilitasiya mərkəzi olan Vəfa xəstəxanası da olub. Xəstəxanaya iki raket atılıb, nəticədə, 2 ahıl həyatını itirib, xeyli sayda insan isə xəsarət alıb.

 

Google+ WhatsApp ok.ru