Erməni Kilsəsinin rəhbəri KQB agenti çıxdı 13 Avqust 2014 01:00 Dünya Məlumatda mərhum Baliozyanın 1946-cı ildə Suriyada anadan olduğu, Avstraliyaya isə 1975-ci ildə köçdüyü vurğulanır Avstraliyanın nüfuzlu «The Sydney Morning Herald» qəzeti Rusiya kəşfiyyatının arxiv sənədlərinə istinadla ölkədə fəaliyyət göstərən Avstraliya Erməni Kilsəsinin rəhbəri, arxiyepiskop Aqan Baliozyanın uzun illər “Zorik” ləqəbi altında KQB agenti işləməsi barədə geniş məqalə dərc edib. Məlumatda mərhum Baliozyanın 1946-cı ildə Suriyada anadan olduğu, Avstraliyaya isə 1975-ci ildə köçdüyü vurğulanır. Əlavə olunur ki, ilk illərdə vikar kimi çıxış edən “Zorik” 1982-ci ildə Avstraliya və Yeni Zelandiya Erməni Kilsələrinin arxiyepiskopu seçilir. Daha sonra mühüm nüfuz əldə edən Baliozyan Erməni Kilsəsini Beynəlxalq Kilsələr Şurasında təmsil edir. Erməni kilsələri arasında birliyin yaranmasındakı xidmətlərinə görə o bir sıra medalla təltif olunur. Baliozyan 2012-ci ildə yaşadığı evdə dünyasını dəyişir. Maraqlı detallar da bundan sonra ortaya çıxmağa başlayır. Belə ki, 1973-cü ildə İrəvanda dini ayinlər oxuyan arxiyepiskop sovet kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunur. Növbəti illərdə - 1974-ci ildə Qüdsə gedən Baliozyan “üç ölkədən” KQB-yə məlumatlar ötürməyə başlayır. Avstraliyadakı “fəaliyyəti” isə növbəti illərə təsadüf edir. Xatırladaq ki, “Baliozyan işi” ilə əlaqədar məsələyə reaksiya verən Rusiya kəşfiyyat orqanı əməkdaşları arxiv sənədlərindən onun ikinci peşəsindən razı qalınmadığını müəyyənləşdiriblər. Bildirilir ki, nüfuzlu olsa da, əksər hallarda Baliozyan qorxaq olub və kəşfiyyat sistemi standartlarına elə də cavab verməyib. Teqlər : #Erməni Kilsəsinin rəhbəri KQB agenti çıxdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mixail Saakaşviliyə növbəti ittiham irəli sürülüb Ali Lider: Amerika ilə müzakirənin İrana faydası yoxdur, bəlkə ziyanı var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO