Mixail Saakaşviliyə növbəti ittiham irəli sürülüb 13 Avqust 2014 01:00 Dünya Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı növbəti ittiham irəli sürülüb. APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyi iddia olunur. Bildirilir ki, M. Saakaşvilinin tapşırığı ilə Gürcüstanın Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən 8,8 milyon lari dövlət vəsaiti aşpazlara, massajçılara, xarici qonaqların qaldığı otellərə, İtaliyada yaxta icarəsinə və digər yerlərə xərclənilib. Təqsirli bilindiyi halda M. Saakaşvilinin 7-11 il müddətinə həbs cəzasına məhkum edilməsi gözlənilir. Hazırda o, ölkədə yoxdur. Teqlər : #Mixail Saakaşviliyə növbəti ittiham irəli sürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejimi Şeyx Nəmr haqqında edam qərarının verilməsini təxirə salıb Erməni Kilsəsinin rəhbəri KQB agenti çıxdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO