Ermənilər Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
 
Ağdam rayonunun Şuraabad, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Google+ WhatsApp ok.ru