Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini Ağdam və Xocavənd istiqamətində atəşə tutub

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Google+ WhatsApp ok.ru