Qoşunların düşmən üzərinə hücumu üzrə tapşırıqlar yerinə yetirilib

İrimiqyaslı təlimlərin növbəti mərhələsi keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimin növbəti mərhələsi çərçivəsində döyüş texnikasının və qoşunların müdafiə olunan düşmən üzərinə hücuma keçməsi, daimi və qarşılıqlı əlaqə, bölmələrin əsas istiqamətdə, vaxtında cəmləşməsi və atəşin hərəkətlə uyğunlaşdırılması üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, bu gün həmçinin təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Təlimlər sentyabrın 20-dək davam edəcək.





Google+ WhatsApp ok.ru