Ermənilər küçələrə axışdı

Yüzlərlə ticarətçi baş nazirdən sözünə əməl etməyi tələb edir

Ermənistanda etiraz aksiyaları yenidən başlayıb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, kiçik və orta biznesə sahib yüzlərlə ticarətçi "Dövriyyədən vergi" qanuna qarşı çıxır. Ticarətçilər hökumət evinin qarşısına toplaşıblar. Onlar baş nazir Ovik Abramyandan suallarına cavab verməsini tələb edirlər. O, 3 gün ərzində bu sualları cavablandıracağına söz vermişdi.

Qeyd edək ki, oktyabrın 2-də bir necə ticarətci ilə görüş keçirilmişdi və bu zaman baş nazir 3 gün ərzində qanunla bağlı qərarını təklif edəcəyini demişdi.

Ticarətçilər əllərində "İri ticarət sizsiniz- hakimiyyət" yazılan plakatlar tutublar. Aksiyaya nəzarət üçün çox sayda polis əməkdaşı cəlb edilib. Onlara İrəvanın polis rəisinin müavini Valeri Osipyan rəhbərlik edir.

Baş nazir 3 ticarətçini qəbul edib.

Qeyd edək ki, "Dövriyyədən vergi" qanunu oktyabrın 1-dən qüvvəyə minib. /

Google+ WhatsApp ok.ru