Bu il zəvvarlarda ölümcül və yoluxucu xəstəlik aşkarlanmayıb

Səudiyyə Ərəbistanının səhiyyə nazirliyi bu barədə açıqlama verib.

Bu il həcc ziyarətində gedənlərdə ölümcül və yoluxucu xəstəliklər aşkarlanmayıb. Bu barədə Səudiyyə Ərəbistanının səhiyyə nazirliyi açıqlama verib.

Nazir Adil Fəkeyh bildirib ki, rəhbərlik Ebola kimi ölümcül virusların qarşısını almaq üçün vaxtında önləcyici tədbirlər görüb.

Nazir bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini deyib.

Rəsmi Ər Riyad bu il Ebola virusu geniş yayılan ölkələr - Siera-Leone, Liberiya və Qvineyadan həcc ziyarətinə getmək istəyən insanlara qadağa qoymuşdu. ans/

Google+ WhatsApp ok.ru