Erməni moskvada qeyri-adi oğurluq etdi

28 yaşlı Ermənistan vətəndaşının Moskvada gerçəkləşdirdiyi avtomobil oğurluğu hər kəsi heyrətə salıb. 
 
Maide.az xəbər verir ki, işsiz oğlan internet vasitəsi ilə oğurluq yerinə özəl evakuator çağırıb. Ona “Mitsubishi”nin sənədlərini göstərib. Daşınma üçün evakuatora pul ödəyib. Evakuator hər şeyin həqiqiliyinə inanıb və sifarişi yerinə yetirib. 
 
Amma avtomobil başqasına məxsus olub və sənədlər saxta imiş. Polis məsələ ilə maraqlandıqda maşın da, oğru da artıq yoxa çıxıbmış. 
 
Buna baxmayaraq, Moskva polisi oğrunu həbs edə bilib. O, “Miqrant-2014” əməliyyatı çərçivəsində həbs edilib. Onun nə qeydiyyatı, nə də iş icazəsi olub. Həm də onun maşın oğrusu olduğu ortaya çıxıb. Buna görə ona qarşı oğurluq maddəsi ilə cinayət işi qaldırılıb. 
 
ANS-in məlumatına görə, 28 yaşlı erməninin oğurluq maşını satdığı da məlum olub. 

Google+ WhatsApp ok.ru