Orta Şərq mütəxəssisindən şok açıqlama

Orta Şərqdəki ictimai və siyasi mövzular mütəxəssisi olan Əmil Nəhlə İŞİD terror təşkilatının ideologiyasının mənşəyində Səudiyyə Ərəbistanı təlimlərinin olduğunu söyləyib.
 
Maide.az xəbər verir ki, Amerikada Xarici Əlaqələr Komissiyasının beyin mərkəzinin üzvü də olan Əmil Nəhlə İŞİD-in İraq və Suriyada nəzarətində olan məktəblərdəki dərslərinə diqqət çəkib və belə deyib: "Bu proqram ehtimalla Əbubəkr Bağdadi tərəfindən verilmişdir. Dərs tədris planı və təhsil sistemi yaxşı şəkildə araşdırıldıqda Səudiyyə Ərəbistanının ilk və orta təhsilindəki sistemlə böyük ölçüdə bənzədiyi görünür. Səudiyyə Ərəbistanı məktəblərindəki təhsil sistemində "vəhhabilik - sələfilik - hənbəli ictihadı" əsas götürülüb."
 
İŞİD təhsil sistemi müəllimlərdən musiqi, sənət və müasir tədris sistemi kimi mövzuları rədd etməyi və vəhhabiliyin baxışıyla şəkillənmiş bir tarix söyləmələrini istəyir.

Google+ WhatsApp ok.ru