Erməninin yeni hədəsi

Ara Papyan Mingəçevir su anbarını partlatmağa çağırır

Azərbaycanın Qarabağ üzərində hava məkanını bağlı elan etməsi bu ərazinin özünə məxsusluğu barədə siyasi bəyanatdır. 

Maide.az ans-ə istinadən xəbər verir ki, bu barədə İrəvandakı “Modus vivendi” mərkəzinin rəhbəri, politoloq Ara Papyan bildirib. 
 
“Azərbaycan əgər bu rejimi tətbiq etməyə başlayarsa, onun beynəlxalq hüquqda “Effective Control” adlanan rejimə keçməsi labüddür. Bu, suverenliyin əsas komponentidir. Əgər Azərbaycan öz addımlarını atarsa, biz də cavab addımlarımızı atmalıyıq”, - deyə politoloq vurğulayıb. 
 
Ara Papayan Azərbaycanın bu addımına dəfələrlə kəskin cavab verməyin labüdlüyünü iddia edib: “Buna adekvat və hətta dəfələrlə kəskin cavab vermək lazımdır. Yaxın 1-2 həftə ərzində biz ən ciddi əməliyyatlara başlamalıyıq - atəş açılan mövqelərini məhv etməli, hərbi hissələrini məhv etməli, su anbarı partladılmalıdır. Qalan hər şey sadəcə boş sözlərdir. Bizimkilər deyir ki, cəzalandıracağıq. Biz hər dəfə eşidirik ki, bizim bir əsgərə görə 10 düşmən əsgərini öldürəcəklər. Bəs hanı?” - deyə politoloq əsəbi şəkildə sual verib. 
 
Papyanın fikrincə baş verənlər Ermənistan əsgərlərinin ruhunu öldürüb və Azərbaycanda coşğunluq yaradıb: “Məsələ həlak olan hərbçilərdə, 7-8 milyon dollar dəyəri olan helikopterdə deyil. Ermənistan ordusu psixoloci cəhətdən sındırılıb, Azərbaycan ordusu isə ruhlandırılıb”. 

Google+ WhatsApp ok.ru