Cəbhədə sutka ərzində atəşkəs 46 dəfə pozulub 15 Noyabr 2014 02:00 Hərb Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.Tərtər rayonunun Çaylı, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Qorqan, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub./ Teqlər : #Cəbhədə sutka ərzində atəşkəs 46 dəfə pozulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməninin yeni hədəsi Rusiya S 300 raket sistemini Misirə təhvil verdi
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'