Ermənistanda altı nəfərlik ailə qətlə yetirildi

Bu gün səhər Ermənistanın Gümrü şəhərində altı nəfərdən ibarət ailə qətlə yetirilib.  
 
Maide.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin nümayəndəsi RİA-Novosti-yə məlumat verib. 
 
Məlumata əsasən, ailə avtomatlardan güllələnib. Öldürülənlər arasında iki yaşlı uşaq da var.  
 
Şirak vilayətinin prokuroru Raffi Aslanyan bildirib ki, hadisənin təfərrütları hələ məlum deyil. “Hazırda mən hadisə yerinə yollanıram, digər təfərrüatlar yoxdur. Yalnız onu bilirəm ki, ilkin məlumatlara əsasən altı nəfər öldürülüb”, o deyib. 
 
Ermənistan KİV-i iddia edir ki, atəş açan şəxs Rusiyanın Ermənistandakı 102-ci hərbi hissənin hərbçisi ola bilər. Aslanyan bununla bağlı deyib ki, bu cür versiya var. “Bu versiyanı nəzərdən keçiririk. Hazırda hadisə üzrə araşdırmalar aparılır”, - o əlavə edib. 

Google+ WhatsApp ok.ru