İspaniyadan müsəlmanlara qarşı qızışdırıcı qanun

Fransada 17 nəfərin ölümünə səbəb olan qanlı hücumlara görə radikal ekstremistlərə qarşı şok plan hazırlığına başlayan İspaniya hökumətinin hazırladığı yeni qanun layihəsi özü ilə bərabər mübahisələr də gətirib. 
 
"Cihatçılara qarşı şok plan" başlığı altında hazırlanan layihədə qonşular, müəllimlər və hətta həkimlər belə, ətrafında gördüyü, təhsil verdiyi və ya müayinə etdiyi dindarları ən yaxın polis idarəsinə xərəb verəcəklər. Bu adamlar eyni zamanda detektor funksiyası yerinə yetirəcək və ətrafındakı gənc müsəlmanların radikal olub olmadığı barədə qərar çıxarıcıaqlar.
 
Maide.az xəbər verir ki, İspaniyada yaşayan təxminən 1 milyon 500 min müsəlmanı töhmət altında salacaq bu qanun layihəsinin məqsədinin terrorçu gənclərin qarşısını almaq olduğu iddia edilir.
 
İspaniya Dövlət Təhlükəsizlik katibi Fransisko Martnez layihə haqqında məlumat vermək istəməyərək, mühüm məsələnin aksiyadan sonra deyil, əvvəl bu təcavüzləri əngəlləmək olduğunu deyib.
 
"Cihadçılara qarşı şok plan" layihəsi ilk olaraq İspaniyada əhalisini əsasən müsəlmanlar təşkil edən ərazilərdə tətbiq ediləcək. Buradakı məhəllələrə xüsusi səlahiyyətlilər təyin edərək, müsəlman gənclər nəzarət altında saxlanılacaq, bölgənin müəllimlərinə və həkimlərinə xüsusi səlahiyyətlər veriləcək. 

Google+ WhatsApp ok.ru