Ermənistan Silahlı Qüvvələri cəbhədə itki verib 22 Yanvar 2015 02:00 Hərb Cəbhə xəttində provokasiya yaratmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələri yenidən itki verib. Ermənistan mətbuatının verdiyi məlumata görə, ötən gün axşam saatlarında Ermənistanın Tavuş rayonunda, Azərbaycanla sərhəddə yerləşən hərbi hissənin hərbi qulluqçusu Arman Udumyan Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. 1980-cı il təvəllüdlü A. Udumyan Ermənistan Ordusunda müqavilə əsasında xidmət edirmiş. Qeyd edək ki, erməni tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 3-dən cəbhədə 9 hərbçisini itirib, 4 hərbçi ağır yaralanıb. Erməni tərəfi Dağlıq Qarabağdan olan və buradakı silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər barədə məlumat vermir.(apa) Teqlər : #Ermənistan Silahlı Qüvvələri cəbhədə itki verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan ordusu 106 dəfə qaydanı pozdu Ermənistanda Permyakov əleyhinə imzatoplama kampaniyası başladı
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'