Ermənilər prokurorun kabinetinə hücum etdilər 23 Fevral 2015 02:00 Dünya Gümrüdə güllələnən Avetisyan ailəsinin qohumları Şirak vilayəti prokuroru Raffi Aslanyanın kabinetinə hücum ediblər. Maide.az xəbər verir ki, APA-nın məlumatına görə, onların əsas tələbi prokurorun Ermənistanın baş prokuroru Gevork Kostanyanla görüş və ya telefon danışığının təşkili və onların narahat olduqları bütün məsələlərə cavab almaqdır. Prokurorun təkidlərinə baxmayaraq, onlar kabineti tərk etməkdən imtina ediblər. Raffi Aslanyan onlara baş prokurora yazılı müraciət etməyi məsləhət görüb. O, Avetisyan ailəsini kabinetdən çıxarmaq cəhdlərinin uğursuz olmasından sonra binanı tərk etməli olub. Polis bölməsinin rəisi Kumayri Aram Qaribyan hazırda kabinetdən çıxmayan qohumlarla danışıqlar aparır. Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin 7 üzvü güllələnib. Cinayətin törədilməsində rusiyalı hərbçi Valeriy Permyakov təqsirli bilinir. Teqlər : #Ermənilər prokurorun kabinetinə hücum etdilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın Liviya səfirliyinə edilən hücumu İŞİD boynuna götürdü İraqda İŞİD-ə silah daşıyan iki İngiltərə təyyarəsi endirildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO