İraqda İŞİD-ə silah daşıyan iki İngiltərə təyyarəsi endirildi

İraq Parlamentinin təhlükəsizlik və müdafiə komissiyası sədri Hakim Əl-Zalmi İraq təhlükəsizlik qüvvələrinin ölkənin qərbində yerləşən Əl-Anbarda İŞİD terror təşkilatına silah daşıyan İngiltərəyə məxsus iki təyyarəni vurduqlarını bildirib.
 
Maide.az xəbər verir ki, İraqlı səlahiyyətli dünənki açıqlamasında Əl-Anbar regionunun çox geniş bir sahəyə malik olduğunu və bölgə xalqının hər gün Amerika və İngiltərə təyyarələrinin İŞİD terror təşkilatına silah daşıdıqlarını deyib.
 
Əl-Zalmi İŞİD-ə silah daşıyan və endirilən iki təyyarənin görüntülərinin əllərində olduğunu deyib. O, bunların İngiltərə təyyarəsi olduğunun dəqiqləşdiyini qeyd edərək, bu təyyarələrin İŞİD üçün silah və sursat daşıdıqlarını söyləyib.
 
O, Amerikanın paytaxt Bağdadın yaxınlığında yerləşən Əl-Anbarda öz siyasətlərini yeritmək üçün hər zaman böhran içində olmasını istədiyini deyib.
 
Qeyd edək ki, İraq müdafiə naziri də bir neçə gün əvvəl verdiyi açıqlamada İŞİD-ə silah daşıyan təyyarələrin vurulacağını bildirmişdi.

Google+ WhatsApp ok.ru