Ermənistan silahlı qüvvələrinin növbəti təxribat qrupu məhv edilib - FOTO

Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.
Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.

Google+ WhatsApp ok.ru