Ötən il Azərbaycan 10 nəfəri və 1 hərbçinin meyitini Ermənistana təhvil verib

Ötən il ərzində Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq Ermənistan tərəfinə 10 nəfər və 1 erməni hərbçinin meyitini təhvil verib.
 
Maide.az-ın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.
 
Hesabatda qeyd olunub ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə keçmiş 3 nəfər azərbaycanlıdan ikisi (Dilqəm Əhmədov, Şahbaz Quliyev) işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, bir nəfər (Həsən Həsənov) isə qətlə yetirilib.

Google+ WhatsApp ok.ru