Ermənipərəst ABŞ senatoruna qarşı korrupsiya ittihamı irəli sürülüb 02 Aprel 2015 01:00 Dünya ABŞ-ın Nyu Cersi ştatından seçilən senator Robert Menendesə qarşı korrupsiya ittihamı irəli sürülüb. Bu barədə “Assoşieyted Press” agentliyinin Twitter səhifəsində dərc olunmuş məlumatda bildirilib. Robert Menendesə qarşı korrupsiya ittihamları ilk dəfə mart ayında gündəmə gəlib. O tanışı Demokrat partiyasının donoru, həkim oftalmoloq Salomon Melgenə kömək etmək üçün vəzifə səlahiyyətlərindən istifadə etməkdə şübhəli bilinir. Ədliyyə Nazirliyində iddia edirlər ki, bu “xidmətlər”ə görə Robert Menendes müntəzəm olaraq bahalı bəxşişlər, o cümlədən, heç bir ödəniş etmədən hava nəqliyyatından istifadə imkanı əldə edib. Robert Menendes ittihamları təkzib edib və istefaya getmək niyyətində olmadığını bildirib. Onun səlahiyyətləri 2018-ci ildə sona çatacaq. Menendes bir müddət əvvəl namizədliyini təkrar irəli sürmək niyyətində olmadığını bildirib. Qeyd edək ki, 62 yaşlı Robert Menendes ermənipərəst mövqeyi ilə seçilir. (apa) Teqlər : #Ermənipərəst ABŞ senatoruna qarşı korrupsiya ittihamı irəli sürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın Oklahoma ştatında dörd nəfərlik ailə qətlə yetirilib İstanbulda gecə əməliyyatı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO