İstanbulda gecə əməliyyatı

Türkiyənin İstanbul şəhərində DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib. 
 
Ötən gün İstanbul polis idarəsinə qarşı həyata keçirilən, bir terrorçunun ölümü və 2 polisin yaralanması ilə nəticələnən hücumdan sonra terrorla mübarizə şöbəsi və xüsusi təyinatlı polislər terrorçuların olduğundan şübhələnilən bir çox evdə əməliyyat keçiriblər. 
 
Gecə vaxtı həyata keçirilən əməliyyatlar zamanı DHKP-C ilə əlaqəsi olduğu güman olunan bir çox şübhəli polis tərəfindən saxlanılıb. 
 
Yerli mətbuat polis rəsmilərinin ətraflı məlumat vermədiyi əməliyyatların hazırda da davam etdiyini bildirir. 

Google+ WhatsApp ok.ru