Ermənistanda radikal müxalifət liderinə qarşı ittiham irəli sürülüb

Ermənistanda “Təsisedici Parlament” radikal müxalifət təşəbbüsünün lideri Jirayr Sefilyana qarşı aprelin 9-da ittiham irəli sürülüb.
 
Bu barədə  “NEWS.am”a  hərəkatın mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə,  Jirayr Sefilyana qarşı Ermənistan CM-nin 225-ci maddəsi (kütləvi iğtişaşlar) üzrə ittiham irəli sürülüb.
 
Qeyd edək ki, aprelin 7-də Ermənistan İstintaq Komitəsi qondarma erməni soyqırımının 100 illiyinin qeyd ediləcəyi aprelin 24-də planlaşdırılan kütləvi iğtişaşların qarşısının alındığını bəyan edib.   
 
Başlanmış cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən baxış, əməliyyat-axtarış və digər tədbirlər həyata keçirilir.
 
Tədbirlər zamanı “Təsisedici Parlament”ın lideri Jirayr Sefilyan və hərəkatın bir neçə üzvü saxlanılıb.    

Google+ WhatsApp ok.ru