Davudoğlu: `İstefa verəcəm`

Türkiyənin Baş naziri Əhməd Davudoğlu jurnalistlərin suallarını cavablandırıb.
 
ANS-in məlumatına görə, Baş nazir seçkilərdəki hədəfindən danışaraq bildirib ki, hədəfləri iqtidar olmaqdır.
 
"Mən seçki nəticələri haqqında mülahizələrimi demirəm. Kılıçdaroğlu kimi 35% səs toplamaq barədə heç nə bilmərəm. Hədəfimiz iqtidar olmaqdır və olacağıq da", - deyə Davudoğlu bildirib.
 
Türkiyənin Baş nazirinin çıxışı zamanı başqa bir maraqlı məqam isə onun istefası haqqında olub. O qeyd edib ki, əgər seçkilərdə partiya olaraq üstünlük qazana bilməsələr, iqtidar olmasalar istefa verəcək./

Google+ WhatsApp ok.ru