Ermənistanda ölən əsgərin valideynləri: “İntihar versiyasına inanmırıq”

Ermənistan ordusunun əsgəri Arutyun Ambaryanın valideynləri intihar versiyasına inanmadıqlarını açıqlayıblar.
 
“Epress.am” saytı yazır ki, əsgərin valideynləri onun hər hansı narazılığının, probleminin olmadığını bildiriblər.
 
Əsgərin bacısı Asmik Ambaryan bildirib ki, güllə qardaşının alın nahiyəsindən dəyib: “Arutyun eynək taxırdı. O yerə yıxılıb, eynəyi parça-parça olub”. Onun sözlərinə görə, qardaşı cəbhə xəttində xidmət etməyib.
 
Ermənistan İstintaq Komitəsi isə intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açıb.
 
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan saytları A. Ambaryanın döyüş postunda həlak olması barədə xəbər yayıblar. Ermənistan İstintaq Komitəsinin bir gün sonra yaydığı məlumatda bildirilirdi ki, A. Ambaryan xidməti silahdan açılmış güllə nəticəsində xəsarət alaraq ölüb.

Google+ WhatsApp ok.ru