Suriya İngiltərənini yalanına belə cavab verdi - FOTO

Suriyanın rəsmi xəbər agentliyi SANA Britaniyanın “Teleqraf” (“Telegraph”) qəzetində yayımlanan xəbərə bir fotoşəkil ilə cavab verib.   Aagentlik ingilis qəzetində dərc olunan və “Kəşfiyyat təşkilatının başçısı Əli Məmlük Türkiyə kəşfiyyatıyla əlbir olaraq çevrilişə cəhd göstərdiyindən ev dustağıdır” başlıqlı xəbərə cavab olaraq Məmlükün Bəşər Əsədlə birgə çəkilmiş şəkilini yayımlayıb.  

Agentliyin iddiasına görə, dövlət başçısının İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Ələddin Burucerdi ilə keçirilən görüşündə Məmlük Əsədin solunda oturub.  

Bundan başqa, Məmlükün İran səlahiyyətliləri ilə görüşdə görünməsi ingilis dərgisinin digər iddialarını da şübhə altına salıb. Nüfuzlu qəzetdə Məmlükün İranın Suriyada artan təsirindən narahat olduğu deyilirdi. 

Google+ WhatsApp ok.ru