Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 86 dəfə atəşə tutub 13 İyul 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Tapqaraqoyunlu, Talış, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Mərzili, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 86 dəfə atəşə tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub Rusiya MN: Omskda Hərbi Desant Qoşunlarının kazarmasının uçması nəticəsində 12 nəfər ölüb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'