Rusiya MN: Omskda Hərbi Desant Qoşunlarının kazarmasının uçması nəticəsində 12 nəfər ölüb

Rusiyanın Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub. Hadisə iyulun 12-də axşam saatlarına baş verib.
 
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 12 nəfər həlak olub, daha 19 nəfər xəstəxanadadır.
 
"13 iyul səhərə olan məlumata görə, dağıntılar altından 31 nəfər çıxarılıb. Onlardan 12-si ölüb, 19-u xəstəxanadadır", - deyə MN rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
 
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsinin üç hissəsi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğun əməkdaşları işləyirlər.

Google+ WhatsApp ok.ru