Ermənilər Azərbaycan ordusunun mövqelərini minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub 04 Avqust 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 98 dəfə pozub. Maide.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazirlikdən bildirilib ki, ermənilərin Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Ermənilər Azərbaycan ordusunun mövqelərini minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Silahlı Qüvvələrə Yardım Fonduna 66 milyon manatdan çox vəsait yığılıb Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi məlum olub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'