Ermənistanın səhiyyə naziri: `Xəstəxanalarda 420 nəfər pnevmoniyadan müalicə olunur`

"Ermənistan xəstəxanalarında 420 nəfər pnevmoniyadan müalicə olunur"
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Armen Muradyan hökumətin iclasında bildirib.
Məlumata görə, yeni il tətili günlərində Ermənistanda 20 mindən çox insan xəstəxanalara müraciət edib.
Nazir deyib ki, pnevmaniyadan müalicə olunan 420 nəfərin, 200-ü uşaq, 114-ü isə hamilə qadındır. 
Qeyd edək ki, Ermənistanda H1N1 virusundan ("donuz qripi") ölənlərin sayı 11 nəfərə çatıb.
Hökumətin iclasında məktəblilərin qış tətilinin müddətinin daha bir həftə-yanvarın 18-dək uzadılması haqda qərar qəbul olunub. 

Google+ WhatsApp ok.ru