Ermənilər Rusiyada deputatı güllələyiblər

Ermənilər Rusiyada deputatı güllələyiblər

-- Məni əlimdən güllələdilər. Sonra...

Ermənilər Rusiyada deputatı güllələyiblər.
 
“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib.
 
Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən isə güllə yarası alıb. 
 
İ.Şamsiyarov yerli “MediaKorSet” saytına açıqlamasında hadisənin necə baş verdiyini açıqlayıb: “Onlar bizim traktora xarab eləmişdilər. Məsələyə aydınlıq gətirmək üçün mexaniklə birlikdə onların ofisinə getdik. Elə içəri girən kimi mənim başıma tapançanı dirədilər, mexaniki də avtomat silahın qundağı ilə vurdular. Məni əlimdən güllələdilər. Sonra bizi döyməyə başladırlar. Yaxşı ki pnevmatik tapança idi”. 

Google+ WhatsApp ok.ru