Ev dustağı edilən Ayətullah İsa Qasim xəstəxanaya yerləşdirilib -FOTO

Ev dustağı edilən Ayətullah İsa Qasim xəstəxanaya yerləşdirilib -FOTO

-- Şeyx İsa Qasimin oğlu və kürəkəni də saxlanılıb

Bəhreyn şiələrinin lideri Ayətullah İsa Qasimin vəziyyətin pisləşib, ona görə xəstəxanaya yerləşdirilib.
 
Maide.Az İslaminSesi.info-a istinadla xəbər verir ki, bu barədə Ayətullah İsa Qasimin yaxınları məlumat veriblər.
 
Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkirdi. Onun yeriyə bilmədiyi deyilir.  Yaxınları bildirir ki, o xəstəlikdən çəkisinin yarısını itirib.
 
Ayətulla isa Qasim xəstəxanaya yerləşdirilən zaman onun bir oğlu və bir kürəkəni də saxlanılıb.
 
Qeyd edək ki, Şeyx İsa Qasim iki ilə yaxındır Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.
 

Google+ WhatsApp ok.ru