Eyni məscidə üç həftə ərzində ikinci irqçi hücum

Almaniyanın şimalındakı Ren Vestfal (KRV) əyalətində Dormagen şəhərindəki Süleymaniyyə məscidinə irqçi hücum təşkil olunub.
 
Maide.az xəbər verir ki, inşaat halında olan məscidin divarlarına türkləri və müsəlmanları alçaldıcı sözlər yazılaraq svastika çəkilib. Eyni məscid 21 dekabr 2014-cü il tarixində də eyni şəkildə hücuma məruz qalmışdı. 
 
Məscidə hücumla əlaqədar olaraq Almaniyada fəaliyət göstərən Diyanət İşləri Türk İslam Birliyi bəyanat verib: "Eyni məscidə qarşı bir ay ərzində iki hücumun həyata keçirilməsi müsəlman cəmiyyəti olaraq bizləri narahat edir. Son zamanlar artım göstərən məscid hücumları və irqçi aksiyaların nəticəsi olaraq bildiririk ki, məbədlərə qarşı təcavüz və zorakılıq aktlarını, habelə ictimai çaxnaşmanın bütün təzahürlərini qətiyyətlə, nifrət və şiddətlə pisləyirik. Hücumların cinayətkarlarının Almaniya hüquq-mühafizə orqanları tərəfindən ən qısa müddətdə qanun qarşısına çıxarılacağına ümid edirik, belə iyrənc hadisələrin bir daha təkrarlanmamasını arzulayırıq".

Google+ WhatsApp ok.ru