Şeyx Əli Salman ittihamları rədd etdi

Bəhreyndə Əl-Vifaq Cəmiyyətinin baş katibi məhkəmə iclasında özünə qarşı bütün ittihamları rədd edib və vəkilləri onun təcili surətdə azad edilməsini istəyib.
Əl-Vifaq Cəmiyyətinin Əminlər Heyətinin üzvü Əhlam Əlxəzai əl-Aləm informasiya kanalına açıqlamasında deyib ki, Əl -Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mühakiməsi başa çatıb və biz məhkəmənin hökmünü gözləyirik.
Ə.Əlxəzai deyib ki, Salman məhkəmə iclasında iclasda deyib ki, “Bəhreyndəki böhranın əsas amili məzhəblər arasında  ayrı-seçkilik və  zülm, icra orqanının başçısının seçilməsi və parlament seçkilərində Bəhreyn xalqının hüquqlarına etinasızlıqdır. 
Jurnalistlər və müxbirlərə məhkəmə iclasında iştirak qadağan olunub.
Məhkəmə iclasında Əl -Vifaq cəmiyyəti rəhbərləri, siyasi və hüquqi cəmiyyətlərin sədrləri və hətta Şeyx Əli Salmana tərəfdar olan vəkillərin iştirakı da əngəllənib.
Bəhreyn Əl-Vifaq Cəmiyyəti məhkəmə iclasından öncə bəyanat yayıb. Bəyanatda bildirilir: Hazırkı mühakimənin məqsədləri hamıya aşkardır və tamamilə aydındır ki, bu mühakimə qeyri-demokratik şəkildə keçirilmiş son seçkilərlə bağlı və siyasi sifarişli məhkəmədir.
Əl-Vifaq Cəmiyyətinin baş katibinin mühakiməsi ondan xəbər verir ki, həqiqət axtarma komitəsinin hesabatından öncəki mərhələ elə hesabatdan sonrakı mərhələdir, ona görə ki, repressiya və dinc məqsədli müxaliflər ilə mübarizə üsulları eynidir və Bəhreyn hökmranları fikir bildirməyi və azad söz söyləyənləri özlərinin düşmənləri hesab edirlər. 
Bəhreynin Əl-Vifaq Cəmiyyəti Bəhreynin ən böyük müxalifətçi Şiə cəmiyyətidir.   Əl-Vifaq Cəmiyyəti 2002-ci ildən etibarən xalq kütləsinin istəyi və maddi dəstəyi ilə yaradılmış və elə həmin zamandan da rəsmi fəaliyyətinə başlamışdır.Əl-Vifaq Cəmiyyəti Bəhreyndə keçirilən bələdiyyə və parlament seçkilərini baykot etdi və onu ədalətsiz seçki adlandırdı. Seçkilər noyabrın 22-də keçirilib. Əl-Vifaq Cəmiyyətindən başqa Bəhreynin digər müxalif qüvvələri də bu seçkiləri baykot etmişdi. /
 

 

Google+ WhatsApp ok.ru