'Hizbullah': 'İsraili gözləmədikləri yerdə və anda vurduq, zərbələrimiz davam edəcək'

Livan "Hizbullah" hərəkatının İsrailə hücum etməsilə bağlı yeni təfərrüatlar gəlir...
İslamazeri.az xəbər verir ki, hazırda "Əl Mənar" telekanalında bu haqda xüsusi buraxılış yayımlanır.
"Hizbullah" rəsmiləri də daxil olmaqla, bir çox şəxslər canlı yayıma qoşulurlar.
"Hizbullah" rəsmilərindən biri bu hücum haqda açıqlaması zamanı deyib: "İsraili yenə gözləmədikləri yerdə, gözləmədikləri anda vurduq. Bu Quneytrədə etdikləri ağılsızlıqlarının cavabıdır. İsrail bu ağılsızlıqlarının cavabını ödəməkdədir. Hücumlarımız davam edəcək".
Qeyd edək ki, İsrailin 9 hərbi texnikası "Hizbullah" tərəfindən bu gün səhər vurulub. Hücum zamanı ən azı 17 İsrail hərbçisi həyatını itirib. Ölənlərin sayının artması istisna deyil. /
 

Google+ WhatsApp ok.ru