Şeyx Əli Salmanın dərhal sərbəst buraxılması tələb olundu

BMT mütəxəssisləri Bəhreyn hakimiyyətindən Əl-Vifak Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın dərhal azadlığa buraxılmasını istəyiblər.
 
Maide.az xəbər verir ki, sözügedən BMT mütəxəssisləri Şeyx Əli Salmana qarşı ittihamların şübhə daşıdığını və bunun ölkədə narahatlığa səbəb olduğunu bildirərək, insan haqlarına riayət edilməsi və bu istiqamətdə Şeyx Salmanın dərhal sərbəst buraxılmasını tələb ediblər.
 
Məlum olduğu kimi Bəhreyndə diktatura rejimi xalqın dinc yürüşlərə çıxardığı və hökumət əleyhinə qıcıqlandırıcı təşəbbüs göstərdiyi bəhanəsi ilə Şeyx Salmanı həbs edib.

Google+ WhatsApp ok.ru