`Qurani-Kərim yox, Beatles var idi`

İŞİD-in əlində 10 ay girov qalan Fransız jurnalist Didier Fransua yaşadıqlarını CNN International televiziyasına danışıb.
 
İŞİD üzvləri ilə bağlı təəssüratlarını, əsirlərə olan davranışlarını və terrorçuların öz aralarındakı söhbətləri barədə danışan François, xüsusilə İŞİD və Qurani-Kərim haqqındakı açıqlamaları ilə diqqət çəkib.
 
Maide.az xəbər verir ki, İŞİD terrorçularının dinlə əlaqələri olmadığını, əllərində Qurani-Kərim belə olmadığı və öz aralarındakı çıxışlarının siyasət üzərində qurulduğunu deyən François, qadın əsirlərin kişi girovlara nisbətən daha sərbəst olduğunu da bildirib. İraqlı və suriyalı əsirlərin hər gün işgəncələrə məruz qaldığını bildirən jurnalist, xarici girovların daha nadir işgəncə gördüyünü söyləyib.
 
Gördüklərini, "bizi ayaqyoluna aparan zaman dəhlizlərdə əsirlərin qan içində yerdə uzandıqlarını görürdük. Dəhlizdə tavana asılmış zəncirlər, xüsusi xələtlər və dəmir barmaqlıqları görürdük. Təbii ki, biz də döyülürdük, amma hər gün deyil", - söyləyən François, İŞİD-in içində olan ingilislərin əsirlərə daha sərt davrandığını bildirib və girovların ingilis terrorçulara əfsanəvi ingilis  rok qrupu "The Beatles" ləqəbini verdiyini söyləyib.

Google+ WhatsApp ok.ru