Şeyx Əli Salman Bəhreynin Cəvv həbsxanasından müraciət göndərdi

Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman  bu ölkə xalqını Ali-Xəlifə rejiminə qarşı dinc mübarizəni davam etdirməyə çağırıb.
 
Maide.az Bəhreynin əl-Loulou telekanalına istinadən xəbər verir ki, , Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman Cəvv həbsxanasından "xalq üçün müraciət" adlı müraciət göndərib.
Müraciətdə O,  Bəhreyn xalqını Ali-Xəlifə rejiminə qarşı dinc mübarizəyə çağırıb və tələbləri reallaşana qədər heç bir səyi əsirgəməmələrini istəyib. 
Şeyx Əli Salman bu müraciətdə  bildirib ki, Bəhreyn xalqı bütün mövcud imkanlarda istifadə edərk amallarının reallaşması üçün dünyanı Bəhreyndəki reallıqlarla bağlı məlumatlandırmalıdır. 
Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi azadlıq, ədalət və demokratiyanın reallaşması üçün vətəndaşların müqavimətini davam etdirmələrinin vacibliyini bəyan edərək xatırladıb ki, Qələbə Bəhreyn xalqı ilədir və Ali-Xəlifə rejiminin məhvinə çox az bir zaman qalıb.  
Manama məhkəməsi çərşənbə axşamı günü Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı 4 il həbsə məhkum edib. 
Bəhreyn xalqı 2011-ci ildən bu ölkədə siyasi və ictimai islahatların aparılmasını istəyir. Lakin Ali-Xəlifə rejimi Ərəbistanın köməyi ilə bəhreynlilərin dinc etirazlarını yatırır, müxalifləri edam, həbs və yaxud vətəndaşlıqdan məhrum edir./

Google+ WhatsApp ok.ru