Azərbaycan Rusiyadan hərbi maşınlar alır

Rusiyanın “Uralvaqonzavod” korporasiyası özünün ən yeni məhsullarından birini - modernləşdirilmiş və atəş gücü artırılmış BTR-80A hərbi maşınlarını Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə satmaq üçün danışıqlar aparır.
 
Bu barədə iyunun 16-da keçirilən “Ordu-2015” forumu zamanı “Uralvaqonzavod”un törəmə müəssisələrindən birinin - “Burevestnik” elmi-tədqiqat institutunun baş direktoru Georgi Zakamennıx bildirib.
 
Onun sözlərinə görə, xarici qonaqlar 14,5 millimetrlik avtomatik topa, lazer məsafəölçəni ilə təchiz edilmiş istiliyə həssas nişangaha,  mükəmməl texniki xarakteristikalara,  gücləndirilmiş zireh müdafiəsinə malik olan BTR-ləri yüksək qiymətləndiriblər.
 
Bu hərbi texnika ilk dəfə mayın 9-da Moskvada Qələbə paradında nümayiş etdirilib.
 
G.Zakamennıx bildirib ki, forumun nəticələrinə əsasən Azərbaycan, Banqladeş, Əlcəzair və Türkmənistan nümayəndələri ilə BTR-80A maşınlarının satışına dair müqavilələrin imzalanacağı gözlənilir. virtualaz.org /

Google+ WhatsApp ok.ru